Yığmamız Ukraynada təlim-məşq toplanışına qatılacaq
18.01.2012 - 12:58
Güləş üzrə yeniyetmə qızlardan ibarət Azərbaycan milli komandası Ukraynaya yollanacaq. Apasport.az saytının məlumatına görə, yığmamızın böyük məşqçisi Rövşən Süleymanov və məşqçi Mətanət Süleymanovanın rəhbərliyi altında 10 güləşçimiz Krivoy-Roq şəhərində təlim-məşq toplanışında olacaq.
Beynəlxalq yarışlara daha yaxşı hazırlıq məqsədilə keçiriləcək toplanış yanvarın 22-də start götürəcək və fevral 2-də başa çatacaq.
Yığmamız səfərə aşağıdakı heyətlə yollanacaq:
1. Sahilə Ələkbərova 40 kq
2. Türkan Nəsirova 43 kq
3. Arzu Əliyeva 46 kq
4. Ayan Məmmədova 49 kq
5. Almaz İsmayilova 52 kq
6. Ragnetta Qurbanzadə 65 kq
7. Hanna Pavliv 44 kq
8. Katerina Yarmalyuk 52 kq
9. Alyona Kolesnik 56 kq
10. Darya Korin 70 kq
Qeyd edək ki, təlim-məşq toplanışı başa çatdıqdan sonra millimizin üzvləri fevralın 3-5-də keçiriləcək açıq Respublika turnirində qüvvələrini sınayacaqlar.

- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
- Sahib Ələkbərov: "Əsas məqsədimiz velosiped idman növünü inkişaf etdirməkdir"
- Azərbaycan qadın atıcıları Avropa Çempionatında bürünc medal qazandı
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
0
0