Salman Əlizadə Rusiyadan qızıl medalla qayıdır
24.02.2012 - 15:38
Moskva vilayətinin Lyubersı şəhərində Yuri Kapitonov və Vladimir Kuzinin xatirəsinə həsr olunmuş boks üzrə beynəlxalq turnir keçirilib. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, “Spartak” İdman Sarayında təşkil olunan yarışda Rusiya, Ukrayna və Azərbaycanın 130 boksçusu mübarizə aparıb.
Ölkəmizi bu turnirdə Avropa çempionu Salman Əlizadə təmsil edib. Bu dəfə 52 kq çəki dərəcəsində gücünü sınayan həmyerlimiz finalda Tolyatti şəhərinin nümayəndəsi Radik Şarafuddinovu məğlub edib.
Qeyd edək ki, yarışın açılış bayrağını Slman Əlizadə və Avropa çempionu Maksim İqnatyev qaldırıb. Boksçumuzla yanaşı Lyubersı şəhərinə onun şəxsi məşqçisi Nazim Mirhüseynov da yollanıb.

- Bakıda keçirilən üzgüçülük üzrə Dünya Kubokunda rekord
- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
0
0