Hokkeyçilərimizdən Respublika Gününə hədiyyə
28.05.2012 - 16:59
Kişi hokkeyçilərdən ibarət Azərbaycanın “Atasport” və “Akkord” klubları avrokuboklarda 28 may – Respublika Gününə öz hədiyyələrini ediblər. Apasport.az saytının məlumatına görə, “Çelenc-2”nin həlledici matçında “Atasport” İsveçin “Partille” klubunu məğlub edib.
Onlar rəqib qapısından 2 cavabsız top keçirərək, daha güclülərin mübarizə apardığı “Çelenc-1”ə yüksəliblər.
“Atasport”la bərabər, “Akkord” da son matçını qələbə ilə başa vurub. Paytaxt təmsilçisi Bolqarıstanın NSA klubunun daşını-daş üstə qoymayıb – 5:0. Bununla da onlar qalib kimi “Çelenc-3”dən “Çelenc-2”yə vəsiqə qazanıblar.
Qeyd edək ki, avrokubokda yarışan qadınlardan ibarət “Bakı” klubu isə “Çelenc-2”də 5-ci yeri tutub.

- “Neftçi” yeni loqosunu təqdim edib
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
0
0