İrina Viner: Mehriban Əliyevaya təbriklərimi çatdırmağı xahiş edirəm
04.06.2012 - 09:49
“Aliyə çox güclü gimnastdır. O, çox məşq edib, məşğələləri buraxmırdı və çalışdırıcıların tapşırıqlarına qulaq asırdı. Bu da nəticəsi”. Apasport.az saytının məlumatına görə, bunu bədii gimnastika üzrə Rusiya yığmasının baş məşqçisi İrina Viner deyib.
Təcrübəli mütəxəssis Azərbaycan gimnastı, London-2012-yə lisenziya qazanmış Aliyə Qarayevanın Avropa çempionatında bürünc medal qazanmasına münasibət bildirib: “Qarayeva xalça üzərində ən yaxşı çıxışlarını nümayiş etdirdi. Çox güclü xasiyyətə malikdir və bu, Aliyəni idmanda yüksək nailiyyətlər əldə etməsinə kömək edir”.
Vinerin sözlərinə görə, yarışlarda Azərbaycan bayrağı yüksələndə Aliyə çox sevinir: “Biz də ona məsləhətlər verdiyimiz üçün onun müvəffəqiyyətinə çox sevinir və fəxr edirik. Mən hamınızı, bu uğurda əməyi keçən hər kəsə təbrikimi çatdırıram. Xüsusilə, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya təbriklərimi çatdırmağı xahiş edirəm. O, Azərbaycanda gimnastikanın inkişafı üçün hər şey edir. Axı, müsəlman ölkəsinin bayrağı bu cür qadın idman növündə yüksələndə çox gözəldir”.

- Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub
- Azərbaycanla Belarus arasında idman memorandumu
- III Xankəndi Ultramarafonuna yekun vurulacaq
- Kamandan oxatma üzrə Azərbaycan Superkuboku keçiriləcək
- Asunsion Loriyente Bakıda Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyəti ilə tanış olub
0
0