AVRO-2012-nin açılış oyununun baş hakimi açıqlandı
06.06.2012 - 08:57
2012-ci il Avropa çempionatının (AVRO-2012) açılış oyununun hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, iyunun 8-də Polşa və Yunanıstan yığmaları arasındakı matçı ispaniyalı Karlos Velasko Karbalyonun başçılıq etdiyi hakimlər briqadası idarə edəcək. Oyun Varşavada Milli stadionda keçiriləcək və Bakı vaxtilə saat 21:00-da başlayacaq.
Karbalyo Çempionlar Liqasının Münhendə keçirilən son final oyununda 4-cü hakim olub. O, ötən il Avroliqanın final matçında təyinat alıb. 41 yaşlı ispaniyalı hakim 2008-ci ildə beynəlxalq arenada debüt edib.

- Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub
- Azərbaycanla Belarus arasında idman memorandumu
- III Xankəndi Ultramarafonuna yekun vurulacaq
- Kamandan oxatma üzrə Azərbaycan Superkuboku keçiriləcək
- Asunsion Loriyente Bakıda Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyəti ilə tanış olub
0
0