Platinidən yerlibazlıq və ayrıseçkilik
11.06.2012 - 13:29
UEFA prezidentinin həmyerlisi ikinci oyuna təyinat aldı, ÇL-in finalını idarə etmiş hakimə isə hələ oyun verilmir. Futbol üzrə 2012-ci il Avropa çempionatında ikinci turun ilk 4 oyununa hakim təyinatları açıqlanıb. Lent.az-ın məlumatına görə, fransalı referi Stefan Lannua çempionatda ikinci matçını idarə edəcək.
UEFA prezidenti Mişel Platininin həmyerlisinə A qrupunun Yunanıstan – Çexiya matçı tapşırılıb. Oyun iyunun 12-də Polşanın Vrotslav şəhərindəki “Meyski” stadionunda baş tutacaq. Lannua daha öncə ilk turun Almaniya – Portuqaliya (1:0) görüşünü idarə edib.
Daha 3 referi isə qitə birinciliyində ilk dəfə təyinat alıb. Almaniyalı Volfqanq Ştark Rusiya – Polşa qarşılaşmasının baş hakimi olacaq. Prinsipial oyun Polşanın paytaxtı Varşavadakı Milli stadionda keçiriləcək. 42 yaşlı referi 2010-2011-ci il mövsümündə Çempionlar Liqasının (ÇL) yarımfinalında İspaniyanın “Real Madrid” və “Barselona” komandaları arasındakı qarşılaşmada fit çalıb.
B qrupuna gəldikdə, isveçli Yonas Eriksson Almaniya – Hollandiya matçının baş hakimi olacaq. Oyun iyunun 12-də Ukraynanın paytaxtı Xarkovdakı “Metallist” stadionunda keçiriləcək. Həmin gün Lvov şəhərindəki eyniadlı arenada baş tutacaq Danimarka – Portuqaliya matçı isə şotlandiyalı referi Kreyq Tomsona həvalə edilib.
Qeyd edək ki, Avropa çempionatı üçün açıqlanan 12 baş hakimdən ÇL-in finalını idarə etmiş portuqaliyalı Pedru Proensa hələ təyinat verilməyib.

- “Neftçi” yeni loqosunu təqdim edib
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
0
0