Portuqaliya yığmasında qalmaqal: Futbolçular Ronaldoya qarşı çıxdı
12.06.2012 - 16:02
Avropa çempionatının favoritlərindən olan Portuqaliya yığmasında qalmaqal yaranıb. Apasport.az saytının məlumatına görə, millinin kapitanı Kriştianu Ronaldonun hərəkəti münaqişəyə səbəb olub.
Belə ki, dünyanın ən bahalı futbolçusu Almaniyaya məğlub olduqları oyunda stadionu tərk edəndən sonra hirslə kapitan sarğısını qolundan çıxarıb. Həmin zaman isə digər futbolçular məşqçilərlə birgə azarkeşlərin yanına, onlara minnətdarlıq etməyə yollanıb. Baş məşqçi Paulu Bentu Ronaldonun dayandırmağa çalışsa da, kapitan onun sözünü yerə salıb. Nəticədə Ronaldo ağır cavab və sərt xəbərdarlıq alıb.
Kriştianunun bu hərəkəti yığmanın düşərgəsində atmosferi pozub, qruplaşma yaradıb. Belə ki, futbolçuların çoxu kapitana qarşı çıxaraq, onunla danışmır. Ronaldonu yalnız “Real”dakı komanda yoldaşı Pepe dəstəkləyir.
Kapitana qarşı koalisiyanın rəhbəri isə millinin aparıcı oyunçusu, “Mançester Yunayted”in yarımmüdafiəçisi Nanidir. Ronaldonun Mançester təmsilçisində davamçısı sayılan bu futbolçu Kriştianu ilə ümumiyyətlə, ünsiyyət qurmur.

- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0