AVRO-2012-nin iştirakçısı kuryoz hadisə ilə üzləşdi
12.06.2012 - 18:34
AVRO-2012-nin iştirakçılarından olan İngiltərə milli komandasında kuryoz hadisə baş verib. Apasport.az saytının məlumatına görə, yığmanın qapıçılarla işləyən məşqçisi Rey Klemens zədələnərək, turnirlə startda vidalaşmalı olub. Baş məşqçi postuna Roy Hocsonun gəlişindən sonra özünə köməkçi kimi dəvət etdiyi 63 yaşlı mütəxəssis Fransa millisi ilə matç öncəsi isinmə hərəkətləri zamanı qapıçısı Co Harta son göstərişlərini verdiyi zamanı ayağı burxulub. Onun aldığı xəsarət ciddi olduğundan, düşərgədən getmək məcburiyyətində qalıb. Vətəninə qayıtmalı olan məşqçini daban nahiyəsindən əməliyyat gözləyir.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0