“Turnirdən kənarda qalmamağı bacardıq”
13.06.2012 - 09:00
“Biz turnirdən kənarda qalmamağı bacardıq. İlk hissədə rəqibdən aşkar güclü idik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Çexiya yığmasının baş məşqçisi Mihal Bilek deyib. Avropa çempionatında Rusiya millisinə 1:4 hesablı məğlubiyyətlə başlayan çexlər 2-ci oyunda özünə bəraət qazana bildi. Belə ki, Yunanıstan üzərində 2:1 hesablı qələbə Bilekin komandasını qrupda 2-ci yerə yüksəltdi. İndi taleyi öz əlində olan çexlər iyunun 16-da Polşaya qalib gəlməklə, 1/4 finala çıxmağını reallaşdıracaq.
Bilek komandasının Rusiya ilə matçda müqayisədə tam başqa oyun göstərdiyini bildirib: “İkinci hissədə yunanlara az imkan verdik, yaxşı təzyiq edirdik. Ancaq müdafiəçilərimiz bəzi anlarda hücumçulara keçməyə imkan verirdi. Biz Rositskinin yoxluğunda zəif olduq”.

- “Neftçi” yeni loqosunu təqdim edib
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
0
0