Andrey Şevçenko avtomobil qəzasına düşdü
13.06.2012 - 10:22
Ukrayna millisinin kapitanı Andrey Şevçenko İsveçlə oyundan (2:1) sonra avtomobil qəzasına düşüb. Apasport.az saytının məlumatına görə, 36 yaşlı hücumçunun idarə etdiyi “Porsche” markalı avtomobil “Jeep”lə toqquşub. Şevçenko işıqforda dayanan zaman arxadan gələn “Jeep” “Porsche”yə dəyib.
Maraqlıdır ki, Andrey maşından düşərək, baş verənlərə baxdığı zamanı pərəstişkarları onunla şəkil çəkdirmək üçün başına toplaşıblar. Ancaq futbolçunu həmin vaxt əsas narahat edən hamilə olan həyat yoldaşı Kristian Pazikin vəziyyəti olub. Xoşbəxtlikdən nə Şevçenko, nə xanımı xəsarət alıb. Ancaq Andreyin bahalı maşınına ciddi zərər dəyib.

- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0