Füzuli Musayevin tövsiyələri
13.06.2012 - 12:37
İyunun 9-da Dünya Taekvondo Federasiyasının (WTF) İcraiyyə Komitəsinin növbədənkənar yığıncağı keçirilib. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, Çinin Sujou şəhərində keçirilən toplantıda WTF İcariyyə Komitəsinin üzvü, Avropa Taekvondo Birliyinin (ETU) vitse-prezidenti Füzuli Musayev, məsul yarışlarda hakimlərin səhvlərinin yolverilməz olduğunu xüsusi qeyd edib və bir sıra məsələlərlə bağlı tövsiyyələrini çatdırıb.
Yığıncaqda, həmçinin qarşıdakı digər yarışların təqvimi təsdiqlənib. Belə ki, Para Taekvondo üzrə Dünya Kubokunun 2013-cü ildə (22 noyabr) Arubanın paytaxtı Santa-Kruzda, böyüklər arasında dünya çempionatının 3-9 iyun 2013-cü il tarixində Meksikanın Puebla şəhərində, Dünya Kubokunun isə 27-30 mart 2013-cü il tarixində Seneqalın paytaxtı Dakarda, eləcə də Yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatının Çin Taypeyinin Taypey şəhərində, pumsü üzrə dünya çempionatının Kolumbiyanın Medelin şəhərində keçiriləcəyi diqqətə çatdırılıb.
Bundan başqa, WTF İcraiyyə Komitəsinin növbədənkənar yığıncağında Olimpiada ilə bağlı təkliflər və perspektivləri, gələcək planlar və strategiya, təşkilatın fəaliyyətinin daha da genişləndirilməsi müzakirə edilib.

- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0