“Hovard Uebb İtaliya yığmasının xeyrinə fit çalırdı”
15.06.2012 - 10:17
“Mən hakimliyi müzakirə etməyən məşqçilərlə razı deyiləm. Hakimin idarəçiliyi mənim işim üçün vacibdir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Xorvatiya milli komandasının baş məşqçisi Slaven Biliç deyib. O, Avropa çempionatında İtaliya yığması ilə 1:1 hesabı ilə bərabərliyə qaldıqları oyunu idarə edən təcrübəli ingilis referi Hovard Uebbdən narazı qalıb: “Mən obyektiv olmaya bilərəm. Ancaq əminəm ki, ilk hissədə Kyellinin Yelaviçlə mübarizə apardığı epizodda penalti vardı. Həmçinin qapımıza qol vurulan epizodda cərimə zərbəsi yox idi. Mən Uebbdən narazıyam. O, İtaliyanın xeyrinə fit çalırdı. Hakimliyə qiymətimdə haqlı olduğuma əminəm”.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0