“Bu ağır nəticəni həzm etməyə məcburuq”
17.06.2012 - 10:00
“Bu ağır nəticəni həzm etməyə məcburuq. Fikrimcə, biz bu oyunda qələbəmizə həddən artıq inamla yanaşdıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Polşa millisinin baş məşqçisi Frantişek Jmuda deyib. Polşalıların ev sahibliyi etdikləri Avropa çempionatında qrup sonuncusu olmaları son turda Çexiyaya 0:1 hesablı məğlubiyyətdən sonra reallaşdı: “Çexlər əla futbol göstərərək, qol vurdular. İlk hissədə bir neçə yaxşı imkanımız oldu, ancaq bunu reallaşdıra bilmədik. Buna görə də uduzduq. Fasilədə hücum etməli olduğumuzu müzakirə etdik. Ancaq nəyə razılaşdığımızı meydanda sanki unutduq. Demək olmaz ki, futbolçular çalışmırdı. Ola bilər ki, əksinə, çox motivasiyalı idilər. Təəssüf ki, bu nəticə ilə barışmalıyıq. Qrupdan çıxmaq istəyirdik, ancaq bunu bacarmadıq”.
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
- Deflimpiyaçı güləşçilərimiz Belarusda zirvədə
- Kapoeyraçılarımız Tallində altı medal qazanıblar
- Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub
- Azərbaycanla Belarus arasında idman memorandumu
0
0