Visente del Boske: Mən heç bir 2:2 haqda fikirləşmirəm
17.06.2012 - 12:59
“Mən heç bir 2:2 haqda fikirləşmirəm. Biz peşəkarıq və Xorvatiyanı yenmək niyyətindəyik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri İspaniya millisinin baş məşqçisi Visente del Boske deyib. İspaniya Futbol Federasiyası ilə müqaviləsini 2014-cü ilə kimi uzadan təcrübəli mütəxəssis Avropa çempionatında sabahkı son qrup oyununda İtaliyanı saxlamaq üçün Xorvatiya ilə 2:2 hesablı bərabərliyə qalacaqları ilə bağlı söz-söhbətləri əsassız sayır: “Qalib gəlməli olduğumuzu artıq əvvəl müzakirə etmişik. Hamı bilir ki, biz qarşıdakı oyunda qalib gəlmək istəyirik. Heç bir şey dəyişməyib. Belə turnirlərdə diqqəti əldən verməməlisən”.
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
- Deflimpiyaçı güləşçilərimiz Belarusda zirvədə
- Kapoeyraçılarımız Tallində altı medal qazanıblar
- Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub
- Azərbaycanla Belarus arasında idman memorandumu
0
0