İbrahimoviç yığmadakı gələcək taleyinə aydınlıq gətirdi
17.06.2012 - 16:04
Zlatan İbrahimoviç kapitanı olduğu İsveç yığmasında gələcək taleyinə aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, “Milan”ın 31 yaşlı hücumçusu milli karyerasını bitirmədiyini açıqlayıb. İsveç mətbuatında belə bir informasiya yer alıb ki, millinin bəzi futbolçuları, o cümlədən Zlatan AVRO-2012-dəki uğursuzluqdan sonra yığmadan getdiklərini elan edib. Ancaq kapitan özü ilə bağlı məlumatı təkzib edti: “Mənim gələcəyim yalnız yığma ilə bağlıdır. Mən bundan sonra da milli komandada oynayacağam”,
Qeyd edək ki, İbrahimoviç bir müddət öncə millidə oynamaqdan imtina edərək, sonradan onu fikrindən daşındırmışdılar.
Qeyd edək ki, İbrahimoviç bir müddət öncə millidə oynamaqdan imtina edərək, sonradan onu fikrindən daşındırmışdılar.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0