AVRO-2012-də ən çox qol vuran komanda hansıdır?
17.06.2012 - 17:22
Almaniyanın “Volfsburq” klubu AVRO-2012-də liderlik edir. Apasport.az saytının məlumatına görə, final mərhələsində ən çox qol vuran futbolçular bu komandadır. Belə ki, Almaniya çempionunun xorvatiyalı hücumçusu Mario Mancukiç 2 oyunda vurduğu 3 qolla bombardirlər yarışında rusiyalı Alan Dzaqoyev və almaniyalı Mario Mancukiçlə birgə liderliyi bölüşdürür. Çexiya yığmasını Polşa ilə matçda növbəti mərhələyə çıxaran qələbə topunun müəllifi olan yarımmüdafiəçi Peter Yiraçekin isə hesabında 2 qol var. Yəni “Volfsburq” 5 qolla final mərhələsində futbolçusu olan komandalar arasında liderdir.
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
- Deflimpiyaçı güləşçilərimiz Belarusda zirvədə
- Kapoeyraçılarımız Tallində altı medal qazanıblar
- Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub
- Azərbaycanla Belarus arasında idman memorandumu
0
0