Oleq Bloxin: Mən bunu söz verirəm
18.06.2012 - 14:18
“Ueyn Runinin milliyə qayıdışı bizim üçün qətiyyən heç nəyi dəyişmir. İngiltərə yığmasının oyun sistemi dəyişməz qalır”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Ukrayna millisinin baş məşqçisi Oleq Bloxin deyib. Təcrübəli ukraynalı mütəxəssis AVRO-2012-nin 1/4 finalına çıxmaq üçün sabah üzləşəcəyi İngiltərə yığmasının heyətində cəzası bitən hücumçu Ueyn Runinin qayışından çəkinmir.
Bloxinin sözlərinə görə, onun üçün əsas hansısa futbolçu yox, komandadır: “Runinin fərdi xüsusiyyətlərini – topu necə qəbul verib, ötürdüyünü, komanda yoldaşları necə anlaşdığını, qapıya necə vurduğunu – bilirik. Mənim komanda oyununun mənzərəsi vacibdir. Yığmamızın start heyətində dəyişiklik olacaq. Ancaq onun qədər, hansı xətlərdə olacağını deməyəcəyəm. Bu, hərbi sirdir. Üstəlik, hələ özüm dəqiq müəyyənləşdirməmişəm. Ancaq dəyişiklərin olacağı dəqiqdir. Mənim futbolçularla söhbətləşib, yekun qərar vermək üçün hələ vaxtım var”.
Keçmiş hücumçu yığmasının turnirdəki perspektivi haqda fikirlərini söyləyib: “Məncə, hər şey aydındır: ingilislərlə döyüşəcəyik. Qalib gəlib-gəlməyəcəyimizi deyə bilmərəm. Əvəzində futbolçuların hər birinin tam əzmkarlığına zəmanət verirəm. Qeyri-əzmkar oyuna hətta işarəyə də yol vermərəm. Bunu söz verirəm. Əks halda xalq bizi başa düşməyəcək”.
Qeyd edək ki, Ukraynanın ev sahibliyi olduğu turnirdə qrupdan çıxmaq üçün son turda İngiltərəyə mütləq qalib gəlməlidir.

- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0