“Oyun xeyli əsəb gərginliyinə səbəb oldu”
19.06.2012 - 09:36
“Oyunun əvvəlində heç cür meydanın mərkəzində topa nəzarəti ələ ala bilmirdik. Bu alınanda isə tam başqa, daha keyfiyyətli oyun getdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri İtaliya milli komandasının baş məşqçisi Çezare Prandelli deyib.
O, AVRO-2012-nin İrlandiya ilə oyunundakı 2:0 hesablı qələbədən məmnun qalıb: “Onu da qeyd edim ki, müdafiədə mütəşəkkil oynadıq ki, bu da əladır. Əlbəttə ki, qarşılaşmanın nəticəsinə şadam. Hərçənd oyun xeyli əsəb gərginliyinə səbəb oldu. Çünki uzun müddət fərq minimal idi ki, belə vəziyyətdə də həm oyun, həm də qrupda vəziyyət istənilən an dəyişə bilərdi”.

- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0