Rəcəbovla Məmmədyarov Astanaya yollanacaq
19.06.2012 - 18:51
Beynəlxalq Şahmat Federasiyası (FİDE) blits və sürətli şahmat üzrə dünya çempionatında seçmə mərhələdə iştirak etmədən oynayacaq 10 ən güclü şahmatçının adını açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahıda Azərbaycan yığmasından Teymur Rəcəbovla (2784) Şəhriyar Məmmədyarov (2726) yer alıb.
Qrossmeysterlərimizlə yanaşı, yarışda Maqnus Karlsen (Norveç, 2835), Sergey Karyakin (2779), Aleksandr Qrişuk (2761), Peter Svidler (2741), Aleksandr Morozeviç (hamısı Rusiya, 2769), Vasili İvançuk (Ukrayna, 2764), Veselin Topalov (Bolqarıstan, 2752) və Boris Gelfand (İsrail, 2727) mundialda birbaşa iştirak hüququ qazanıb.
Qeyd edək ki, dünya çempionatı iyulun 1-11-də Qazaxıstanın paytaxtı Astanada keçiriləcək. Bu ölkə isə ev sahibi kimi qarşıdakı yarışa Murtaza Kajqaleyev (2595), Anuar İsmaqambetov (2478), Rinat Cumabayev (2556) və Pavel Kotsurla (2548) qatılacaq.

- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
- Deflimpiyaçı güləşçilərimiz Belarusda zirvədə
- Kapoeyraçılarımız Tallində altı medal qazanıblar
- Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub
- Azərbaycanla Belarus arasında idman memorandumu
0
0