Avropa çempionumuz London-2012-də - FOTO
20.06.2012 - 10:39
Azərbaycanlı ədalət təmsilçisi Rövşən Hüseynov 2012-ci il London Olimpiadasında boks yarışlarında hakimlik edəcək. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, 37 yaşlı Hüseynov AİBA tərəfindən 5 ulduzlu hakim kimi qiymətləndirilib.
O, son illərdə bir çox əhəmiyyətli beynəlxalq yarışlarda ölkəmizi referi kimi təmsil edib. Hüseynov Avropa çempionatında (2010, Ankara), dünya çempionatında (Bakı, 2011), Avropa Olimpiya lisenziya turnirində (Trabzon, 2012), qadınlar arasında dünya çempionatında (Quançjao, 2012) hakimlik edib.
Hüseynov boksda ölkəmizin ilk Avropa çempionudur. O, 1993-cü ildə Türkiyənin Bursa şəhərində keçirilən qitə çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Həmyerlimiz həm də dünya kubokunun qalibi olub.
Qeyd edək ki, 2008-ci ildə Pekində təşkil olunan Olimpiadada boks yarışlarında hakim kimi təmsilçimiz olmamışdı.

- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0