Onlar Azərbaycanda qəhrəman ola bilərlər - SİYAHI
02.07.2012 - 23:02
Onlar Azərbaycanda qəhrəman ola bilərlər - SİYAHI
2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycanı 53 idmançı təmsil edəcək. Bu haqda Lent.az-a Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə məlumat verib.

Onun sözlərinə görə, artıq ölkəmiz üçün lisenziya yarışları yekunlaşıb: “Son olaraq, biz atletika növündə lisenziyalarımızın sayını artırmağı planlaşdırırdıq. Amma bu, alınmadı. Ona görə də qarşıdakı müddətdə lisenziya sayında artımın olmayacağını deyə bilərəm”.

Qeyd edək ki, London olimpiadasında Azərbaycan yığması 53 medal uğrunda mübarizə aparacaq:

1. Güləş – 13 lisenziya

Sərbəst güləş (6)

Toğrul Əskərov (60 kq)
Cəbrayıl Həsənov (66 kq)
Əşrəf Əliyev (74 kq)
Şərif Şərifov (84 kq)
Xetaq Qazyumov (96 kq)
Camaləddin Maqomedov (120 kq)

Yunan-Roma güləşi (5)

Rövşən Bayramov (55 kq)
Kamran Məmmədov (60 kq)
Emin Əhmədov (74 kq)
Saman Tahmasebi (84 kq)
Şalva Qadabadze (96 kq)

Qadın güləşi (2)

Mariya Stadnik (48 kq)
Yuliya Ratkeviç (55 kq)

2. Boks – 8 lisenziya

Kişilər (7)
Elvin Məmişzadə (52 kq)
Məhəmməd Abdulhəmidov (56 kq)
Heybətulla Hacıəliyev (64 kq)
Soltan Migitinov (75 kq)
Vətən Hüseynli (81 kq)
Teymur Məmmədov (91 kq)
Məhəmmədrəsul Məcidov (+91 kq)

Qadın (1)
Yelena Vıstropova (75 kq)

3. Cüdo – 8 lisenziya

Kişilər (6)
İlqar Muşkiyev (60 kq)
Tərlan Kərimov (66 kq)
Rüstəm Orucov (73 kq)
Elnur Məmmədli (81 kq)
Elxan Məmmədov (90 kq)
Elmar Qasımov (100 kq)

Qadınlar (2)
Kifayət Qasımova (57 kq)
Ramilə Yusubova (63 kq)

4. Ağırlıqqaldırma – 6 lisenziya

Kişilər (5)
Valentin Xristov (56 kq)
Əfqan Bayramov (69 kq)
İvan Stoitsov (85 kq)
İntiqam Zairov (94 kq)
Veliçko Çolakov (+105 kq)

Qadın (1)
Boyanka Kostova (58 kq)

5. Atletika – 4 lisenziya

Kişilər (2)
Dmitri Marşin (çəkicatma)
Hayle İbrahimov (5000 metr məsafəyə qaçış)

Qadınlar (2)
Layeş Abdullayeva (3000 metr məsafəyə maneələrlə qaçış)
Layeş Abdullayeva (5000 metr məsafəyə qaçış)

6. Kanoe sprint – 2 lisenziya (3 idmançı)

Kanoe
Sergey Bezuqlıy - Maksim Prokopenko (1000 m)
Valentin Demyanenko (200 m)

7. Akademik avarçəkmə - 2 lisenziya

Kişi (1)
Aleksandr Aleksandrov (2000 m)

Qadın (1)
Nataliya Mustafayeva (2000 m)

8. Taekvondo – 2 lisenziya

Kişi (1)
Ramin Əzizov (80 kq)

Qadın (1)
Fəridə Əzizova (67 kq)

9. Üzgüçülük – 2 lisenziya

batterflay
Yevgeni Lazuka (100 m)

brass
Oksana Hətəmxanova (100 m)

10. İdman gimnastikası – 1 lisenziya

fərdi çoxnövçülük
Şakir Şıxəliyev

11. Bədii gimnastika – 1 lisenziya

fərdi çoxnövçülük
Aliyə Qarayeva

12. Velosiped idmanı (veloşosse) – 1 lisenziya
Yelena Çalıx

13. Atçılıq (konkur) – 1 lisenziya
Camal Rəhimov

14. Qılıncoynatma – 1 lisenziya

sablya
Səbinə Mikina

15. Atıcılıq – 1 lisenziya

güllə atıcılığı
İradə Aşumova (25 m).
0