“Bakıda qeydə alınan 0:0 hesabı bizi qane edir”
05.07.2012 - 23:10
“Bakı” yaxşı, tarixi olan komandadır. Rəqibimizin yaxşı nəticələrə imza atdığını bilərək, matça ciddi yanaşırdıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Sloveniyanın “Mura” klubunun baş məşqçisi Feriyu Cifru deyib. Avroliqanın I təsnifat mərhələsində səfərdə “Bakı” ilə qolsuz heç-heçə edən sloveniyalılar mərhələ keçmək şansını artırdı. Belə ki, bunun üçün onlara iyulun 12-də evdəki oyunda istənilən hesabla qələbə qazanmaq yetərlidir.
Cifru “Dalğa Arena”dakı oyunun onlar üçün çətin keçdiyini bildirib: “Bakı” hücum, biz isə müdafiə futbolu oynadıq. Səfərdə qeydə alınan bu nəticə bizi qane etdir. Əsas odur ki, rəqib meydanında qol buraxmamaq vəzifəsini yerinə yetirdik. Gözləyək, görək cavab oyunu nə göstərəcək”.

- Sona Ağayeva dünya reytinq cədvəlinin 8-ci pilləsinə yüksəlib
- Süleyman Ələkbərov Almatıda “ən yaxşı gənc velosipedçi” seçilib
- Azərbaycan Avropada ilk ölkələr sırasında - FOTO
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
0
0