İnyesta “Qızıl top”u istəmir: Onu Messiyə verərdim
06.07.2012 - 08:25
Avropa çempionatının ən yaxşı futbolçusu seçilən İspaniya yığmasının yarımmüdafiəçisi Andres İnyesta özünü “Qızıl top”a əsas namizəd saymır. Apasport.az saytının məlumatına görə, təcrübəli oyunçusu dünyada ilin ən yaxşı futbolçusuna verilən bu mükafatı iddialı deyil.
İnyesta son 3 ildə “Qızıl top”un dəyişməz sahibi olan “Baselona”dakı argentinalı komanda yoldaşı Lionel Messinin yenə onu qazanmağını istəyir: “Məni maraqlandıran yeganə şey “Barselona”nın və yığmanın yaxşı oyunudur. Bu azarkeşlərə sevinc bəxş edir. “Qızıl top”? Mən heç kimlə yarışmıram, onu komanda yoldaşım Lionel Messiyə verərdim”.
Qeyd edək ki, İnyesta Avropa çempionatında hər 6 oyunda meydanda olaraq, 2 məhsuldar ötürmə verib.

- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib
- Paris-2024 medalları dəyişdirilir: Azərbaycan idmançılarına yeniləri veriləcək
0
0