2012 – 20:12
23.07.2012 - 10:05
London Yay Olimpiya Oyunlarının açılış mərasiminin detalları məlum olub. Apasport.az saytının məlumatına görə, iyulun 27-də baş tutacaq mərasim rəmzi olaraq yerli vaxtla saat 20:12-də (Bakı vaxtı ilə saat 00:12) başlayacaq.
Olimpiadanın keçirildiyi – 2012-ci ili özündə əks etdirən start saatı ilə “Möcüzələr adası” adlı proqram nümayiş olunacaq. Bu proqramın bədii rəhbəri tanınmış britaniyalı rejissor və prodüser Denni Boyldur ki, o da 2008-ci ildə “Xarabalıqlardan çıxan milyonçu” filminə görə aldığı “Oskar”la məşhurlaşıb.
15 min könüllünün çıxış edəcəyi açılış mərasimi 3 saat davam edəcək. Proqram xüsusi zəng səsi ilə başlayacaq. Təşkilatçıların bildirdiyinə görə, London Yay Olimpiya Oyunlarının açılış mərasimi 36 milyon avroya başa gələcək. Bu şounun 4 milyard televiziya tamaşaçısı tərəfindən izləyəcəyi ehtimal olunur. Böyük Britaniyada 4 il öncə olan Pekin Olimpiadasını kölgədə qoyacaq tədbir keçirəcəklərinə inanırlar.

- Yalçın Rəfiyev: “Azərbaycan D-8-də sürətli irəliləyiş əldə edib”
- D-8 baş katibi: “Azərbaycanla əməkdaşlıqdan məmnunuq”
- Fərid Qayıbov: “Gənclər siyasətimiz BMT-nin prioritetləri ilə uzlaşır”
- Bakı ilk dəfə “D-8” Gənclər Dialoquna ev sahibliyi edir
- Elmira Aslanova Antarktidanın ən yüksək zirvəsini fəth edib
0
0