Leyla Mesxi: Azərbaycanda bu idman növü güclü inkişaf edir
24.07.2012 - 18:25
“Bakı Open 2012” beynəlxalq turniri ardıcıl 2-ci ildir keçirilir və mükafat fondu 220 min ABŞ dollarıdır. Turnirin bir sıra sponsorları var ki, onlar arasında Heydər Əliyev Fondu və “Oriflame”nin xüsusi yeri var”. Apasport.az saytının məlumatına görə, bu fikirləri ötənlərin tanınmış tennisçisi Leyla Mesxi bu gün keçirilən mətbuat konfransında deyib.
Paytaxtımızda start götürən “Baku Open” beynəlxalq tennis turnirinin direktoru olan Mesxi bütün sponsorlara öz dərin minnətdarlığını bildirib. O, gələcəkdə turnirdə iştirakçıların çox olacağını, reytinqi yüksək olan tennisçilərin qatılacağını inandığını deyib: “Təşkilatçılıq çox yüksək səviyyədədir ki, bura Azərbaycan Tennis Federasiyasının xüsusi rolu var. London Olimpiadasına artıq bu həftə start götürəcəyindən, bizim turnirlə üst-üstə düşür. Buna görə də daha tanınmış tennisçiləri bura gətirmək çox çətindir. Ancaq gələcəkdə buna nail olacağımıza inanırıq. Kseniya Pervakın yoxluğunda mətbuat konfransına gələn Vera Pervaka minnətdarlıq edirik. Çünki o, 9 aydır ağır zədədən sonra korta qayıdıb və bu, asan məsələ deyil. Vera bu gün əla oynayaraq, turnirə qələbə ilə başladı ki, onu təbrik edərək, gələcəkdə uğurlar arzulayırıq”.
Mesxi “Oriflame”nin tərəfdaşlığının faydalılığı olduğunu söyləyib: “Artıq 45 ildir fəaliyyət göstərən, dünyada tanınan bu şirkətin çox böyük imkanları var. Tennisçilər ilk növbədə qadındırlar və “Oriflame” ilə özümüzü daha gözəl, rahat hiss edirik. Azərbaycanda bu idman növü güclü inkişaf edir və gələcəyə böyük inam var”.

0
0