Aleksandr Aleksandrov: Məşqə gedib-gəlmək çox vaxt aparır
27.07.2012 - 12:34
“İlk məqsədim mərhələ yarışlarını uğurla keçməkdir”. Bunu apasport.az saytının Londona Olimpiadasına ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycan avarçəkəni Aleksandr Aleksandrov deyib.
Olimpiadada kişilər arasında 1 nəfərlik qayıqla (M1X) mübarizə aparacaq idmançımız hədəflərini açıqlayıb. Sabah yerli vaxtla saat 12:50-də (Bakı vaxtı ilə saat 16:50) start xəttinə çıxacaq Aleksandrov bildirib ki, hazırda yaxşı formadadır: “Hazırlıqdan şikayətim yoxdur. Məşqə gedib-gəlmək çox vaxt aparır. Bir az da havanın isti olması xoşuma gəlmir. Qaldı ki, medal qazanmağa, bu, hamının arzusudur”.
Qeyd edək ki, Aleksandrın yarışacağı idman növündə 33 idmançı 6 seçmə qrupa bölünüb. 3 seçmə qrupda 6, 3-də isə 5 avarçəkən yer alıb. 22 yaşlı təmsilçimiz 6 nəfərlik qrupa düşüb. Rəqibləri Lassi Karonen (İsveç), Anderson Noçetti (Braziliya), Matias Raymon (Monako), Ceyms Freyzer-Makkenzi (Zimbabve) və Pol Etia Ndumbe (Kamerun) olacaq. 2000 metr məsafəyə seçmə yürüş nəticəsində qrupda ilk 3 yeri tutanlar 1/4 finala, qalanlar isə təsəlli yürüşünə vəsiqə qazanacaqlar.

0
0