“Sən o cür onu uda bilməzsən, ay Tərlan!” - FOTO
29.07.2012 - 21:03
“Sən o cür onu uda bilməzsən, ay Tərlan!” - FOTO
London Olimpiadasında daha bir cüdoçumuz tatami üzərində çıxdı. İlk 2 qarşılaşmada qələbəyə sevinən Tərlan Kərimov (66 kq) ardından elə 2 dəfə də dalbadal uduzdu. Bununla, yarışların ilk günü erməni Davtyana uduzan İlqar Müşkiyev kimi, Tərlan üçün də mübarizə vaxtından əvvəl başa çatmış oldu.

Halbuki, Kərimov sonradan uduzacağı cüdoçulardan ən güclüsünə - dünya reytinqinə başçılıq edən rusiyalı Musa Moquşkova qalib gəlmişdi. Di gəl ki, ispan bir yana, polyakla da bacara bilmədi.

İdmançımız tatamiyə gedərkən, məşqçi Hacağa Hacıəhmədovla birgə apasport.az saytının əməkdaşının yanından keçdi. Elə əməkdaşımız Tərlanın döyüşü zamanı məşqçisinin dediklərini qeyd edib.

“Hacağa Hacıəhmədov çox qışqırdı, çox məsləhət verdi. Onun dediklərinin bəzilərini Tərlan eşitmədi, bəzilərini eşitsə də, əməl edə bilmədi. Məşqçi boğazını cırırdı: sol əlindən yapış, özünə yaxınlaşdır, sonra fəndini keçir. Gözləmə, gözləmə, fəndi dərhal et. Elə olmaz, gözləmə! Sən o cür onu uda bilməzsən ay Tərlan! O cür ona sərf edir. Sol əlinə gir, özünə çək, tez də at! Bacarmadı Tərlan. Bacarmadı. Rəqibi istədiyi tempi diktə edə bildi”.
0