“Birinci cəhdi boşa çıxmasaydı, Kostova o çəkini qaldırardı”
31.07.2012 - 09:05
Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin baş məşqçisi Nizami Paşayev Boyanka Kostovanın London Olimpiadasında medalsız qalmasına münasibət bildirib. Gənc çalışdırıcı apasport.az saytının Londona ezam olunmuş əməkdaşına açıqlamasında mükafatçılar sırasına düşməyi üçün 2 kiloqramı çatmayan idmançının zədə probleminin olduğunu bildirib.
Onun sözlərinə görə, Boyanka qarşıda duran vəzifəni yerinə yetirərək, yığmamızın digər üzvü Valentin Xristov kimi bürünc medalçı ola bilərdi: “Kostova bürünc medal qazanmaq üçün lazım olan çəkini qaldıra bilərdi. Əgər ilk cəhdi boşa çıxmasaydı, bunu edərdi. İlk cəhdinin boşa çıxmağının səbəbi isə bir az qolunun, sağ əlinin ağrımağıdır”.
Qeyd edək ki, Boyanka kimi milliləşdirilən bolqarıstanlı legioner olan Xristov 56 kq-da bürünc medalçı olub.

- Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyasının Senatına üzv seçilib
- Azərbaycan Üzgüçülük Federasiyasında yeniliklər olub
- “Pool Nine Ball” üzrə Bakı şəhər çempionatı keçiriləcək
- Yevlax Olimpiya İdman Kompleksinə media-tur təşkil olunub
- İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksində görülmüş işlərlə tanış olub - YENİLƏNİB
0
0