Emin Əhmədov: Olimpiadada asan döyüş olmur
15.08.2012 - 13:07
“Bu uğuru gözləyirdim. Olimpiadada gözəl çıxış edərək, 3-cü oldum”. Bunu apasport.az saytına açıqlamasında yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının üzvü Emin Əhmədov deyib.
London Olimpiadasında millimizə bürünc medal qazandıran idmançı çıxışından razı qalıb.
O bildirib ki, bütün görüşləri gərgin mübarizə şəraitində keçib: “Olimpiadada asan döyüş olmur. Oraya dünyanın ən güclü, seçilmiş idmançıları gəlir. Buna görə də Olimpiya Oyunlarına elə bir zəif idmançı qatılmır. Bütün döyüşlərimdə rəqiblərim güclü idi və döyüşlərimizin hamısı çətin keçdi. Lakin buna baxmayaraq, Azərbaycana mükafat qazandıra bildim. Vətənə medalla döndüyüm üçün çox sevincliyəm”.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0