“Məcidov uşaqlıqdan öz xarakteri, inadı və qələbə istəyi ilə seçilirdi”
13.09.2012 - 15:17
“Azərbaycanın Olimpiya mükafatçısı Məhəmmədrəsul mənim kiçik qardaşımdır. Onun boksçu karyerasının lap əvvəlindən yanında olmuşam və kömək etmişəm. Hər ikimizin məşqçisi Hacımurad Qaziyev olub”. Apasport.az saytının məlumatına görə, bunu rusiyalı boksçu Məhəmməd Abdusalamov deyib.
2008-ci ildən peşəkar rinqdə gücünü yoxlayan 31 yaşlı idmançı indiyədək 16 döyüşə çıxıb və hamısında nokautla qələbə qazanıb.
London-2012-də Azərbaycana bürünc medal qazandıran Məhəmmədrəsul Məcidovla fəxr edən Abdusalamov bildirib ki, dünya çempionumuz uşaqlıqdan istedadını büruzə verməyi bacarıb: “Hələ o vaxtı məşqçilərin nəzərinə çatdırırdım ki, Məhəmmədrəsula daha çox diqqət ayırsınlar. Çünki onda istedad görürdüm. Məcidov uşaqlıqdan öz xarakteri, inadı və qələbə istəyi ilə seçilirdi. Ona belə uğurlarına görə təşəkkür edirəm. Bunda mənim də əməyim olduğu üçün xüsusi olaraq xoşdur”.

- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0