Məhəmmədrəsul Məcidov qayıdır
19.11.2012 - 11:46
Boks üzrə dünya çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidovu yaxın vaxtlarda yenidən WSB Liqasında görəcəyik. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, “Baku Fires” klubunun rəhbərliyi ilə razılığa gələn boksçu artıq gələn həftədən məşqlərə başlayacaq: “Adım sifariş ərizəsinə daxil ediləcək. Bir qədər hazırlıq keçdikdən sonra inanıram ki, bu il komandama kömək edə biləcəm. Rinqə dönəcəyim günü səbirsizliklə gözləyirəm”.
Məcidov “Baku Fires”in “Argentina Condors”la (5:0) görüşü haqda da fikirlərini bildirib: “Məncə, komandamızın bu ilki heyəti yetərincə güclüdür. Kluba bir sıra yeni boksçular dəvət olunub. Zəif mövqelər gücləndirilib. Dünya və Avropa çempionu Albert Səlimov da bizimlədir. İlk qələbəsini də qazandı. Bu, “Argentina Condors”un debüt matçı olsa da, onlar da layiqli müqavimət göstərməyə çalışdılar”.

0
0