Qazaxıstandan 8 medal
21.11.2012 - 00:22
Qazaxıstanın Karaqanda vilayətində yeniyetmələr arasında boks üzrə keçirilən ənənəvi beynəlxalq turnir başa çatıb. Turniri Azərbaycan idmançıları üçün uğurlu hesab etmək olar. Belə ki, Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, boksçularımız 1 qızıl, 2 gümüş və 5 bürünc medal qazanıblar.
Yeganə qızıl medalın sahibi 57 kq-da çıxış edən və bütün rəqiblərini məğlubiyyətə uğradan İsmayıl Hüseynov olub. Yalnız finalda büdrəyən Ümid Rüstəmovla (52 kq) Ağasif Eyniyev (48 kq) turnirin gümüş medalını qazanıb. Maraqlıdı ki, öz çəkisində ikinci olan Ağasif həm də "Qələbə əzminə görə" mükafatına da layiq görülüb. Yığmamızın aktivinə yazılan bürünc medallar isə Mirağa İsmaylov (52 kq), Rövşən Musayev (66 kq), Şükran Mehdiyev (80 kq) və Fərid Əliyevin (+80 kq) payına düşüb.

- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0