“Buna görə hər bir görüşə məsuliyyətlə hazırlaşırıq”
01.02.2013 - 18:33
Bu gün “Sərhədçi” Olimpiya İdman Mərkəzində Ümumdünya Boks Seriyasının (WSB) VII turunun “Baku Fires” (Azərbaycan) və “Desert Hawks” (Əlcəzair) komandaları arasında keçiriləcək sabahkı matça həsr olunmuş çəki mərasimi və mətbuat konfransı keçirilib. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, çəki mərasimindən sonra “Baku Fires”in baş məşqçisi Nuripaşa Talibov, qonaqların çalışdırıcısı Abdelhadi Djellab və WSB-nin mərakeşli supervayzeri Sidi Muhammed Moustahsane mətbuat konfransında iştirak ediblər.
Komandamızın baş məşqçisi Nuripaşa Talibov qarşıdakı görüşə də qələbə üçün çıxacaqlarını bildirib. 6 oyundan sonra 100 faizlik nəticə ilə qrupun lideri olan “Baku Fires”in baş məşqçisi qələbə seriyasını davam etdirəcəklərini deyib: “Mövsümün əvvəlində komandanın qarşısına çempionluq məqsədi qoyulmuşdu. Biz də buna görə hər bir görüşə məsuliyyətlə hazırlaşırıq. İş elə gətirdi ki, bütün matçları qələbə ilə başa vurduq. Hazırda “Astana Arlans”la birgə liqada 100 faizlik nəticə göstərən iki komandadan biriyik”.
Talibov “1/4 finalda hansı komanda ilə qarşılaşmaq istərdiniz” sualına bir mənalı cavab verməkdən imtina edib: “Hazırda B qrupunda 4-cü yeri Ukrayna komandası tutur. Amma orda hələ çox şey dəyişə bilər. İtaliya, Britaniya və Ukrayna komandaları arasında xal fərqi o qədər də böyük deyil. Mən deməyəcəm hansı klubla qarşılaşmaq istərdik. Onsuz da pley-off mərhələsində zəif rəqib olmur. Adını çəkdiyim klubların hər biri kifayət qədər güclüdür. Amma “Baku Fires” də yarışa yaxşı hazırlaşıb. Ən əsası isə qarşımıza liqada yüksək yerlər tutmaq məqsədi qoyulub”.
Qeyd edək ki, Desert Hawks klubunun superağır çəki dərəcəsindəki boksçusu Bouloudinats son məşqlərin birində zədə aldığından qonaqlar Bakıya 4 idmançı ilə gəliblər.
Əlcəzair klubunun məşqçisi Abdelhadi Djellab idmançılarının hazırlıq səviyyəsindən razı qaldığını deyərək sabahkı döyüşdə “Baku Fires”ə ciddi müqavimət göstərəcəklərini bildirib: “Baku Fires” A qrupunun ən güclü komandalarından biridir. Təsadüfi deyil ki, hazırda onlar turnir cədvəlinə başçılıq edirlər. Ancaq öz boksçularıma inanıram. Çalışacağıq ki, rəqibə layiqli müqavimət göstərək. Əlbəttə, heyətdə bir boksçunun olmaması artıq rəqibin 1:0 hesabı ilə önə keçməsi deməkdir. Amma nə etmək olar? Onu əvəzləyə bilmədik”.
Xatırladaq ki, “Baku Fires” – “Desert Hawks” matçı fevralın 2-də saat 19:00-da “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçiriləcək.

- Bakıda Kamandan Oxatma üzrə ölkə birinciliyinə start verilib
- İki badmintonçumuz ilk dəfə dünya reytinqində "100-lük"də qərarlaşıb
- AMADA və Almaniyanın Milli Antidopinq Agentliyinin rəhbərliyi arasında görüş keçirilib
- AMADA rəsmisi Avropa Şurasının Antidopinq Konvensiyasının iclasında iştirak edib
- Ölkədən kənarda Azərbaycanın 22 idmançısı antidopinq testindən keçib
0
0