Yığmamızın toplanışı - FOTOSESSİYA
12.02.2013 - 16:55
Yığmamızın toplanışı - FOTOSESSİYA
Boks üzrə Azərbaycan millisinin Qazaxıstanın Astana şəhərindəki Boksun İnkişafı Mərkəzində təlim-məşq toplanışını davam etdirir. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, hazırlıqda yerli idmançılarla yanaşı, Ukrayna və Özbəkistan komandaları da iştirak edirlər.

Komandalar 2 qrupa bölünərək məşq edirlər: əvvəlcə 69 kq-dan +91 kq çəki dərəcəsinədək olan dəri əlcək ustaları hazırlıq keçir. Daha sonra isə rinq 49 kq-dan 64 kq-dək olan boksçulara verilir. Hər dəfə məşq prosesini müxtəlif ölkələrin çalışdırıcıları keçirlər.

Qazaxıstan milli komandasının baş məşqçisi Mirzaqalı Aytjanov 4 ölkənin mübarizə aparacağı turnirə adi yarış kimi baxmır: “Biz Qazaxıstan çempionatında qələbə qazanmış yeni boksçuları da sınayacağıq. Komanda üzvlərinin bəziləri beynəlxalq turnirlərə yollanacaq, bəziləri isə burda çıxış edəcək. Bu il qarşımıza məqsəd qoymuşuq ki, Qazaxıstanda keçiriləcək dünya çempionatında 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanaq”.

Toplanışa son olaraq Özbəkistan millisi qoşulub. Orta Asiya ölkəsi də Qazaxıstana əsas heyəti aparıb. Qazaxıstan komandasının heyətində də İvan Dıçko, Daniyar Yeleusinov, Adilbek Niyazimbetov kimi tanınmış boksçular məşq edirlər. Toplanışda ən çox sayda idmançı ilə təmsil olunan Azərbaycan yığmasıdır – 18 boksçu.

Ukrayna komandasının heyətində 13 boksçu yer alıb ki, onların da əksəriyyəti son ölkə çempionatının qalibləridir. Komandanın ən məhşuru Bakıda dünya çempionu olan Yevgeni Xitrovdur.

Xarırladaq ki, 4 ölkənin boksçularının iştirak edəcəyi beynəlxalq turnir fevralın 14-də “Daulet” İdman Kompleksində başlayacaq.
0
Boks-yigmamiz-Qazaxistanda-120213-1.jpg|Boks-yigmamiz-Qazaxistanda-120213-2.jpg|Boks-yigmamiz-Qazaxistanda-120213-3.jpg|Boks-yigmamiz-Qazaxistanda-120213-4.jpg|Boks-yigmamiz-Qazaxistanda-120213-5.jpg|Boks-yigmamiz-Qazaxistanda-120213-6.jpg|Boks-yigmamiz-Q