“Strandja” turnirindən 4 medalla
25.02.2013 - 09:02
“Strandja” turnirindən 4 medalla
Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənvi “Strandja” turnirinə yekun vurulub. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışa məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında 5 idmançi ilə yollanan Azərbaycan yığması 2 gümüş və 2 bürünc medal qazanıb.

56 kq çəki dərəcəsində mübarizə aparan Cavid Çələbiyev yarımfinalda 2007-ci ilin dünya çempionu rusiyalı Sergey Vodopyanova məğlub olub – 7:13. Nəticədə Çələbiyev Bolqarıstan turnirində 3-cü yerə layiq görülüb. Əbdürrəhman Şirinov da (52 kq) turniri 3-cü yerdə tamamlayıb. Həmyerlimiz yarımfinalda bərabər mübarizə şəraitində keçən görüşdə Özbəkistan təmsilçisi Olim Husanboyevə uduzub. Qarşılaşmanın taleyini 1 zərbə həll edib – 20:21.

Elvin İsayev (64 kq) və Münasib Məmmədov (49 kq) isə yarımfinal döyüşlərini qələbə ilə başa vurublar. İsayev Belaruslu Rüstəm Adineyevdən üstün olub – 20:23. Məmmədov isə finala gedən yolda Bolqarıstan boksçusu Tinko Banabakovu üstələyib – 12:8.

Təssüff ki, hər iki boksçumuz finalda qələbəni əldən veriblər. Komandamızın ən gənc boksçusu olan Münasib Məmmədov həlledici döyüşdə cüzi üstünlüklə (8:10) qazaxıstanlı Temirtas Jussupova uduzub. Elvin İsayev isə Rusiya idmançısı Rəcəb Butayevlə görüşdən məğlub ayrılıb – 5:9.