Subaşiç Lüksemburq və Portuqaliya ilə matçlarda oynamayacaq
25.02.2013 - 17:50
“Qarabağ” qış fasiləsində transfer etdiyi millimizin futbolçusu Branimir Subaşiçin xidmətindən uzun müddət istifadə edə bilməyəcək. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 30 yaşlı milliləşdirilən hücumçu 1 aylıq sıradan çıxıb.
Məşqdə əzələsini qıran Branimirin ən az 4 həftə meydana çıxmayacağı dəqiqdir. O, müayinə olunmaq üçün Türkiyəyə yollanacaq.
Subaşiçin bu müddət yaşıl meydandan kənarda qalmağı millimizin 2014-cü il dünya çempionatının seçmə mərhələsində martın 22-də Lüksemburqla səfər, 26-da Portuqaliya ilə ev oyununda forma geyməyəcəyi deməkdir.

- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib
0
0