® Milli Parkda maraqlı aksiya - FOTOSESSİYA
02.05.2013 - 13:07
® Milli Parkda maraqlı aksiya  - FOTOSESSİYA
Azərbaycan sayca ikinci olan “Tour d’Azerbaidjan” velosiped yarışına ev sahibliyi edir. Bu möhtəşəm velosiped bayramı çərçivəsində Dənizkənarı Milli Parkda istirahət edənlər maraqlı aksiyaya qatılıblar.

Belə ki, Paraşüt Qülləsi yaxınlığında quraşdırılan fotostend ilk peşəkar velosiped komandamız olan "Synergy Baku Cycling Project"ə dəstək vermək məqsədi daşıyır. Bir neçə dəqiqəlik də olsa, sadə vətəndaşlar özlərini məşhur velosiped yarışçısı kimi hiss etməklə, hətta bu anı öz kameralarına həvəslə həkk edirlər.

Qeyd edək ki, “Tour d’Azerbaidjan” 2013 mayın 1-i Bakıda start götürərək İsmayıllı, Qəbələ, Şəki və Pirqulu qoruğunun mənzərəli massivlərindən keçəcək və yenidən Bakıya qayıdacaq. Yarış Beynəlxalq Velosipedçilər İttifaqının dəstəyi ilə Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi ilə birgə Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı ilə keçirilir. Baş sponsor "Synergy Group" ASC-dir.

Bu il “Tour d’Azerbaidjan”da 144 idmançı yarışır. Onların arasında dünya kuboku mərhələlərinin qalibləri, Avropa və “Tour de France” mükafatçıları var. Ölkəmizi yarışda "Synergy Group" ASC-nin dəstəyilə yaradılan “Synergy Baku Cycling Project” komandası təmsil edir. Qarşıya qoyulan məqsəd 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarında Azərbaycan velosipedçilərinin iştirakına nail olmaqdır. Sevindirici haldır ki, dünən keçirilən ilk mərhələnin qalibi elə məhz komandamızın nümayəndəsi olub.

Heydər Əliyevin xatirəsinə həsr olunmuş artıq beynəlxalq veloturun keçirilməsi müxtəlif qurumların sinerjisi sayəsində baş tutmaqla velosportun təbliğatı, xüsusilə gənclər arasında bu idman növünə maraq doğurması, sağlam həyat tərzini aşılaması baxımından önəmlidir. Təsadüfi deyil ki, elə gənc və peşəkar heyətin təmsil etdiyi "Synergy Group" ASC də bu mötəbər yarışı dəstəkləyir. Azərbaycanın ən iri özəl investisiya şirkətlərindən biri kimi "Davamlı Gələcəyə Doğru" şüarı altında ölkəmizdə yeni idman növlərinin inkişafına xüsusi diqqət ayırmaqla, bu yeni ənənənin gənclərimizin sağlam bugünü və sağlam sabahına danılmaz töhfə olduğunu bütün məsuliyyəti ilə dərk edir.
0
Synergy-Baku-Cyclingde-vetendashlar-shekil-020513-1.jpg|Synergy-Baku-Cyclingde-vetendashlar-shekil-020513-2.jpg|Synergy-Baku-Cyclingde-vetendashlar-shekil-020513-3.jpg|Synergy-Baku-Cyclingde-vetendashlar-shekil-020513-4.jpg|Synergy-Baku-Cyclingde-vetendas