“Dağ mərhələsindən sonra özümü 5 yaş qocalmış kimi hiss edirəm”
04.05.2013 - 14:20
“34 yaşım var. Bu mərhələdən sonra özümü 5 yaş qocalmış kimi hiss edirəm”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Tour d’Azerbaidjan” beynəlxalq velosiped turunun lideri olan Sergey Qreçin deyib. Türkiyənin “Torku Şəkərspor” klubunun üzvü mavi formanı qoruya bilib.
Onun sözlərinə görə, bu gün keçirilən dağ mərhələsi öncəsi çətinliklərlə üzləşib: “Dünən axşamdan özümü yaxşı hiss etmirdim. Soyuqlamış, ya da hansısa virusa yoluxmuşdum. Qorxurdum ki, mavi köynəyi qoruyub saxlaya bilməyəcəyəm. Ancaq komanda yoldaşlarımın köməyi ilə istəyinə çatdım. Özümü yalnız axırıncı mərhələdən sonra qalib hesab edə bilərəm. Buna görə sabahkı mərhələ çox vacibdir”.

0
0