Lüksemburq yığması Bakıya xal almaq üçün gəlir
27.05.2013 - 10:23
Lüksemburq millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan çırtdan ölkə təmsilçisi iyunun 7-də Bakıda keçiriləcək oyuna 22 futbolçu ilə gələcək.
8-ci km stadionunda baş tutacaq oyunda baş məşqçi Lük Holtz Azərbaycanda hücum futbolu oynamaq niyyətindədir. Belə ki, ölkəmizə gələn heyətdə 6 hücumçu yer alıb. Eyni sayda 6 müdafiəçiyə heyətdə yer verən mütəxəssis sonuncu olmamaq üçün mübarizədə yığmamızdan xal almağa çalışacaq. Bakıya gələcək heyətdə 2 qapıçı və 8 yarımmüdafiəçi də var.
Qapıçılar: Conatan Juber (“Düdelanj”), Mark Obervays (“Jeness”)
Müdafiəçilər: Massimo Martino (“Düdelanj”), Tom Laterza (“Fola”), Kris Filips (“Mets”, Fransa), Ante Bukviç (“Differdanj”), Maksim Şano (“Beersxot”, Belçika), Rikardo Aleyxo (“Jeness”)
Yarımmüdafiəçilər: Ben Payal (“Düdelanj”), Loren Yens (“Fola”), Lars Gerson (“Norçepinq”, İsveç), Çarlz Levek (“Ettelbruk”), Rene Peters (“Benfika”), Devid Sinani (“Ştrassen”), Mario Muş (“Sankt Qallen”, İsveçrə), Erik Hofman (“Jeness”)
Hücumçular: Daniel Da Mota (“Düdelanj”), Stefano Bensi (“Fola”), Mauris Devil (“Elversberg”, Almaniya), Ourelien Yoahim (“Villem”, Hollandiya), David Turpel (“Ettelbruk”), Antonio Luisi (“Letzeberg”).

0
0