Könül Nurullayeva: Hələlik dəyişiklikdən söhbət gedə bilməz
30.05.2013 - 13:01
“Avropa Oyunlarının proqramında hələlik hansısa dəyişiklikdən söhbət gedə bilməz”. Bunu apasport.az saytına açıqlamasında Milli Olimpiya Komitəsinin (MOK) beynəlxalq əlaqələr idarəsinin rəisi Könül Nurullayeva deyib.
Avropa Olimpiya Komitəsinin (AOK) nəzdində “İdmanda Qadın və Bərabərlik” Komissiyasının üzvü olan Nurullayeva qadın həndbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Rəfiqə Şabanovanın dediklərinə münasibət bildirib.
Belə ki, Olimpiya çempionumuz 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarından 2 idman növünün, o cümlədən həndbolun proqramdan çıxarılacağı haqda eşitdiyini deyib. Lakin Nurullayeva bunun həqiqətəuyğun olmadığını bildirib: “Proqrama salınan idman növlərinin bəziləri ilə bağlı müzakirələr davam edir. Amma hansısa idman növünün çıxarılacağı barədə heç bir qəti qərar yoxdur. Tezliklə yekun siyahı dəqiqləşəcək”.
Qeyd edək ki, I Avropa Oyunlarının ilkin siyahısında 19 idman növü yer alıb.

0
0