AVRO-2020-nin açılış oyununda üz-üzə gələcək Türkiyə və İtaliya milliləri tarixdə 11-ci duelə çıxacaq.
Apasport.az saytının məlumatına görə, rəqiblər indiyədək 10 dəfə görüşüb.
Türkiyə millisi bu qarşılaşmalarda qələbə qazanmayıb. 3 heç-heçəsi olan “ay-ulduzlular” 7 dəfə uduzub. Top fərqi də italiyalıların xeyrinədir – 18-5.
Bu matçlardan üçü Avropa çempionatlarına təsadüf edib. Hər üç görüşdə qalib “Skuadra Adzurra” olub. AVRO-1964-ün ilkin mərhələsində 6:0 və 1:0, AVRO-2000-in final mərhələsində isə 2:1 hesabı qeydə alınıb.
Komandaların yolları DÇ-1974-ün seçmə mərhələsində də kəsişib. İtaliyalılar iki oyunda 4 xal toplayıb – 1:0, 0:0.
Digər 5 qarşılaşma yoldaşlıq görüşləri çərçivəsində keçirilib. 2 heç-heçəyə imza atan Türkiyə 3 dəfə məğlub olub. İtaliyalılar 8, türkiyəlilər 4 dəfə fərqlənib.
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO