Avstriyanın Qrats şəhərində keçirilən fiqurlu konkisürmə üzrə Avropa çempionatı Azərbaycan yığması üçün uğurlu alınıb.
Apasport.az saytının məlumatına görə, kişilərin yarışında mübarizə aparan Vladimir Litvintsev yarışı ilk “10-luq”da başa vurub.
O, qitə çempionatını 9-cu pillədə bitirib. Bu, Azərbaycan yığmasının tarixində ikinci belə hadisədir ki, kişi fiqurlu konkisürmə yarışında təmsilçimiz ən güclü 10 idmançı sırasına düşür.
İlk belə nəticə 1997-ci ildə yaşanıb. İqor Paşkeviç 23 il əvvəlki çempionatda 7-ci yeri tutub.
Ümumiyyətlə, ölkəmiz 1994-cü ildə Avropanın ən yaxşısı adı uğrunda yarışda debüt edib. Bu müddətdə 8 kişi idmançımız fərdi yarışda mübarizə aparıb. V.Litvintsevə qədər müxtəlif illərdə İqor Lutikov, İqor Paşkeviç, Sergey Rılov, Andrey Dobroxodov, İvan Blaqov, Danil Privalov və Larri Loupolover Avropa çempionatında qüvvəsini sınayıb.
Kişilər
1994. İqor Lutikov – 20-ci yer
1997. İqor Paşkeviç – 7-ci yer
1998. İqor Paşkeviç - imtina
1999. Sergey Rılov – 12-ci yer
2000. Sergey Rılov – 17-ci yer
2001. Sergey Rılov – 17-ci yer
2002. Sergey Rılov – 20-ci yer
2004. Andrey Dobroxodov – 28-ci yer
2005. Andrey Dobroxodov – 26-cı yer
2007. İvan Blaqov – 31-ci yer
2008. Danil Privalov – 27-ci yer
2015. Larri Loupolover – 23-cü yer
2016. Larri Loupolover – 32-ci yer
2017. Larri Loupolover – 31-ci yer
2018. Larri Loupolover – 32-ci yer
2019. Vladimir Litvintsev – 16-cı yer
2020. Vladimir Litvintsev – 9-cu yer
- AMADA-nın aparıcı mütəxəssisləri EUPC-də iştirak ediblər
- III MDB Oyunlarının Təşkilat Komitəsinin tərkibində dəyişiklik edilib - Sərəncam
- Azərbaycan Karate Federasiyası "Apasport" İdman Agentliyini mükafatlandırıb
- Qılıncoynadanımız Estoniyada bürünc medal qazanıb
- İdmançılarımız İtaliyada keçirilən Dünya Kubokunda iştirak ediblər