"Doha Masters"də Azərbaycanı 7 cüdoçu təmsil edəcək.
Apasport.az saytının məlumatına görə, yanvarın 11-dən 13-dək Qətərin paytaxtı Doha şəhərində cüdo üzrə beynəlxalq "Masters" turniri keçiriləcək.
Nüfuzlu yarışda Azərbaycan cüdoçuları da mübarizə aparacaqlar. Ölkəmizi kişilərin yarışında 4, qadınların turnirində isə 3 cüdoçu təmsil edəcək. "Doha Masters"də millimizin şərəfini Orxan Səfərov, Nicat Şıxəlizadə (hər ikisi 66 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq), Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), İrina Kindzerska (+78 kq) qoruyacaq.
Yığmamızın cüdoçuları Rüstəm Orucov, Məmmədəli Mehdiyev və Uşangi Kokauri zədə səbəbindən beynəlxalq turnirdə iştirak edə bilməyəcəklər.
- Güllə atıcılığı üzrə Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub