İtaliya millisinin və “Roma” klubunun futbolçusu Nikolo Zaniolo AVRO-2020-də çıxış etmək ümidini itirib.
Apasport.az saytının məlumatına görə, buna səbəb futbolçunun hazırkı durumudur.
Ötən ilin sentyabrında zədələnən yarımmüdafiəçi hələ də yaşıl meydanlara qayıda bilməyib. Onun mövsümün sonlarına yaxın sıraya dönəcəyi proqnozlaşdırılırdı.
Lakin koronavirus pandemiyası üzündən 21 gün karantində olması Zaniolonun formasına ciddi təsir edib. İndiki vəziyyətdə yarımmüdafiəçi yalnız mövsümün son turlarında meydana çıxmağa ümid edə bilər. Bu isə yığmanın AVRO-2020-yə yollanacaq heyətinə düşmək üçün yetərli hesab olunmur.
- Güllə atıcılığı üzrə Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub