“Formula-1” üzrə Azərbaycan Qran-prisinin açılış mərasimi keçirilib.
Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyası səbəbindən tamaşaçısız təşkil olunan yarışda əvvəlcə pilotların təqdimatı olub.
Ardınca “MakLaren”in əsas səhmdarlarından biri Mansur Odjey və Beynəlxalq Avtomobil Federasiyasının keçmiş prezidenti Maks Moslinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra himn mərasiminə start verilib. Mərasimdə Azərbaycan Dövlət Himni tanınmış bəstəkar Azad Vəliyevin yeni aranjemanında səsləndirilib. Mərasimdə Azərbaycanda keçirilən beşinci yarışın konsepsiyası vurğulanıb. Digər konsepsiya multikulturalizm və tolerantlıq ideyasına əsaslanıb.
Himnimiz Vətən Müharibəsi qazisi Atəş Qarayev və Səbinə Babayeva tərəfindən səsləndirilib. Bu zaman Azərbaycan Dövlət Bayrağını tutan müxtəlif millətlərin nümayəndələri milli geyimimizdə trek üzərində dayanıb. İfaçılar xalq və klassik üslublarına aid geyimdə olublar. Onlar Bakıda keçirilən beşinci “Formula-1” yarışını simvolizə edən və barış işarəsini əks etdirən “V” şəklində dayanıblar.
Qeyd edək ki, “Formula-1” üzrə Azərbaycan Qran-prisi saat 16:00-da start götürəcək.
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO