Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində həlledici görüşlərə bu gün yekun vurulacaq.
Apasport.az saytının məlumatına görə, artıq 3-cü yerin sahibi bəlli olub.
Bu pilləyə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov yüksəlib. O, 3-cü yer uğrunda matçda ermənistanlı Levon Aronyana qalib gəlib. İlk görüşdə heç-heçə (2:2) qeydə alınsa da, cavab qarşılaşmasında qrossmeysterimiz 2,5:0,5 (1:0, 0,5:0,5, 1:0) hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, mərhələnin qalibi Hikaru Nakamura (ABŞ) – Maqnus Karlsen (Norveç) duelində bəlli olacaq. İlk görüşdə Nakamura 1:3 hesabı ilə uduzub.
- Azərbaycanın trek velosipedi üzrə millisi Slovakiyada beynəlxalq yarışda iştirak edəcək
- Bakıda Ümumdünya Velosiped Gününə həsr olunmuş veloyürüş keçirilib
- Azərbaycan birinciliyinin qalibləri bəlli olub
- Azərbaycan idmançılarının 2026-cı ilin iyun ayı üçün reytinq cədvəli açıqlanıb
- Velosiped idmanının trek növü üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib