Sabah cüdo üzrə Avropa çempionatı start götürəcək.
Apasport.az saytının məlumatına görə, yarışın favoritləri sırasında adı hallanan ukraynalı Darya Beloded yarış ərəfəsində problemlə üzləşib.
Bir vaxtlar Azərbaycan yığması üçün milliləşdirilməsi də gündəmdə olan 20 yaşlı istedad artıq çəkidən əziyyət çəkir. Bunu Ukrayna millisinin baş məşqçisi Vitali Dubrov açıqlayıb: “Son turnirlərdə uduzması normal haldır. Rəqabət çox güclüdür. Daim zirvədə qalmaq ora yüksəlməkdən çətindir. İndi hər idmançı Daryaya qarşı mübarizəyə hazırlaşır, onun taktika və texnikasını öyrənir. İndi onun bir az artıq çəkisi də yaranıb. Bunu atmaq da ağırdır”.
Qeyd edək ki, Beloded aprelin 16-18-də baş tutacaq qitə çempionatında 48 kq çəki dərəcəsində yarışacaq. O, bu çəki dərəcəsində 2 dəfə dünya, 1 dəfə Avropa çempionatının, 1 dəfə isə Avropa Oyunlarının qalibi olub.
- Güllə atıcılığı üzrə Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub