Mayın 17-dən 23-dək Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək güləşçilərin Avropa çempionatı keçiriləcək.
Apasport.az saytının məlumatına görə, yarışın ilk 3 günündə sərbəst güləşçilər mübarizə aparacaq.
Qitə birinciliyində ölkəmizi məşqçilər Arif Abdullayev və Rövşən Hacıyevin rəhbərliyi altında Əliabbas Rzazadə (57 kq), Zirəddin Bayramov (65 kq), Cəbrayıl Hacıyev (70 kq), Əşrəf Aşırov (74 kq), Orxan Abasov (86 kq), Osman Nurməhəmmədov (92 kq), İslam İlyasov (97 kq) və Vahid Qalayev (130 kq) təmsil edəcəklər. Komandamız bu gün Skopyeyə yollanıb.
Mayın 16-da güləşin bu növü üzrə püşkatma mərasimi keçiriləcək və güləşçilərimizin rəqibləri müəyyənləşəcək. İlk yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən güləşçilər xalça üzərinə çıxacaq. Mayın 18-də isə 61, 74, 86, 92 və 125 kq-da iştirak edən pəhləvanlar mübarizəyə qoşulacaq.
Qeyd edək ki, Avropa çempionatında I kateqoriyalı hakim Elman İsmayılov ədaləti qoruyacaq.
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO