İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında bu gün qadın güləşçilərin mübarizəsində ilk mükafatçılar bəlli olacaq.
Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin yalnız 1 idmançısı medala iddia etsə də, arzusuna çata bilməyib.
Komandamızın heyətində Səbirə Əliyeva 3-cü yer uğrunda təsəlli qarşılaşmasında da uduzub.
Avropa çempionatı
Qadın güləşi
76 kq
Aikaterini Pitsiavaya (Yunanıstan) qalib gəlib, ardınca Yekaterina Bukinaya (Rusiya) uduzan Səbirə Əliyeva sonuncu finala yüksəldiyindən təsəlliverici görüşə qatılıb. İselin Solheymlə (Norveç) gücünü yoxlayan güləşçimiz vaxtından əvvəl məğlub olub. Rəqib cəmi 1 dəqiqə 13 saniyəyə qələbə qazanıb.
Bir gün öncə daha 3 güləşçimizin uduzduğunu nəzərə alsaq, axşam senansında baş tutacaq medal mübarizəsondə Azərbaycan yığmasının üzvləri olmayacaq.
Qeyd edək ki, Avropa çempionatında yunan-Roma güləşi üzrə yarışlar başa çatıb. Komandamızın heyətində Sənan Süleymanovla (77 kq) Rafiq Hüseynov (82 kq) qızıl, Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvi Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıblar. Sərbəst güləşçilərin mübarizəsinə isə sabah start veriləcək. Bu isə daha 4 qadın idmançımız ilkin döyüşlərə qoşulub.
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib