Polşanın paytaxtı Varşavada keçirilən güləş üzrə Avropa çempionatı Azərbaycan millisi üçün başa çatıb.
Apasport.az saytının məlumatına görə, sonuncu - yeddinci yarış günündə yunan-Roma güləşi üzrə yığmamızın 2 üzvü həlledici görüşə çıxıb.
Onların heç biri ümidləri doğrultmayıb. Namaz Rüstəmov (67 kq) təsəlliverici qarşılaşmada Zaur Kabaloyevlə (İtaliya) bacarmayıb. 2:1 öndə olan həmyerlimiz son saniyədə qələbəni əldən verərək mübarizəni dayandırıb.
Zamir Məhəmmədov (97 kq) isə bürünc medal görüşündə Nikalay Staduba (Belarus) uduzaraq, yarışı 5-ci pillədə bitirib.
Beləliklə, Azərbaycan yığması Avropa çempionatını 8 medalla başa vurub. Qadın güləşçilərimizdən Mariya Stadnik (50 kq) çempion tituluna yiyələnib. Sərbəst güləşçilərimizdən Turan Bayramov (70 kq) gümüş, Əfqan Xaşalov (57 kq), Əli Rəhimzadə (65 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Yunan-Roma güləş üzrə komandamızın heyətində isə Taleh Məmmədov (63 kq) 2-ci, Eldəniz Əzizli (55 kq) ilə Sənan Süleymanov (77 kq) üçüncü yeri tutub.
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır